Azərbaycanlı güləşçi öldürüldü-Foto

media-hightechnic-468x90

gulessBu ilin avqust ayında İŞİD terror təşkilatına qoşulan azərbaycanlı peşəkar güləşçi Rəşad Baxşəliyev Suriyada gedən döyüşlərdə həlak olub.

Bu barədə  R.Baxşəliyevin ailəsindən məlumat verilib.

Güləşçinin ölüm xəbərini onunla birlikdə Suriyaya gedən həyat yoldaşı ailə üzvlərinə, yaxınlarına zəng edərək bildirib. R.Baxşəliyevin bir neçə gün öncə öldürüldüyü deyilir.

Qeyd edək ki, İsmayıllı sakini olan Rəşad Baxşəliyev peşəkar güləşçidir. O dəfələrlə Respublika yarışlarından yüksək nəticələr əldə edib. Suriyaya gedənə kimi o, İsmayıllı Olimpiya-İdman Kompleksində güləş üzrə məşqçi işləyib.

Xatırladaq ki, R.Baxşəliyev Suriyaya həyat yoldaşı və körpəsi ilə getmişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa