Azərbaycanlı yazıçı vəfat etdi

media-hightechnic-468x90

c75d2f5207cf0f9b3036a3ccdd12c397Yazıçı Ələviyyə Babayeva dünyasını dəyişib.

Yazıçının ailəsindən verilən məlumata görə, Ə. Babayeva bu gün səhər saatlarında dünyasını dəyişib.

Ə. Babayeva ilə vida mərasimi bu gün evində keçiriləcək.

O, Yasamal qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunmasını vəsiyyət edib.

Qeyd edək ki, Ələviyyə Babayeva 1921-ci il avqustun 12-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “İki həyat” adlı hekayəsi ilə başlayıb.

O, hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr edib. A.Qaydarın “Uzaq ölkələr” (1950), V.Biankinin “İz ilə” (1947), “Ayı balası” (1959), “Qırmızı təpə” (1963), K. Paustovskinin “Oğru pişik” (1951), V.Q.Korolenkonun “Satın alınmış uşaqlar” (1962), Y. Sotnikin “Əcaib quş” (1964), V.Astafyevin “Ulduz xəzanı” (1970), Y. Çaruşinin “Nikitanın oyuncaqları” (1984) və kitabları onun tərcüməsində kütləvi tirajla çap olunub.

“Azərbaycan qadını” jurnalında məsul katib (1951-1973), “Gənclik” nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973-1976), sonra baş redaktor (1976-1985) olub.

Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri çalışıb.

Ə. Babayeva “Adamlar və talelər”, “Səni axtarıram”, “Əlvida”, “Rəngbərəng yuxular” və s. kitabların müəllifidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600