“Azercell”də yeni tarif paketi
Azərbaycanın mobil operatoru “Azercell Telekom” MMC yeni tarif paketini təqdim edib.
Şirkətdən bildirilib ki, “Gənc OL” tarifi güzəştli və sərfəlidir. Yeni tarif paketinə qoşulmaq üçün “SimSim” abonentləri “Gencol5” və ya “Gencol10” açar sözünü 7575-ə göndərməlidirlər. Tarif paketinə qoşulanlar müxtəlif endirim və kampaniyalardan faydalana bilərlər. Belə ki, ayda 5 manat ödəməklə “Gənc ol” abonentləri arasında 300 dəqiqə, şəbəkədaxili zənglər üçün 20 dəqiqə, şəbəkəxarici zənglər üçün 10 dəqiqə danışıq əldə olunur. Bundan əlavə, 500 meqabayt GPRS və 300 SMS verilir. Bu paketin daha bir üstünlüyü ondan ibarətdir ki, aylıq paketdəki danışıq limiti bitəndən sonra abonentlər öz aralarında 2 qəpiyə danışacaqlar.
“Gənc OL 10” paketi üzrə isə abonentlərə öz aralarında 800 dəqiqə, şəbəkədaxili 50 dəqiqə, şəbəxarici isə 30 dəqiqə danışıq limiti verilir. Eyni zamanda bir giqabayt mobil internetdən və 800 SMS-dən istifadə etmək imkanı əldə olunur. Bu endirimli və sərfəli tarif paketinə qoşulmaqla əyləncəli və maraqlı “Gənc OL” portalından (www.gencol.az) yararlanmaq da mümkündür.
“Azercell” abonentləri “Gənc OL” portalına mobil telefon üzərindən pulsuz daxil ola bilərlər. Bu paketə qoşulmaqla “ParkCinema”da həftənin 5 iş günü saat 09:00-dan 18:00-dək bir bilet almaqla ikincini pulsuz əldə etmək olar. Abonentlər www.gencol.az/benefits saytına daxil olaraq endirim və kampaniyalardan faydalana bilərlər. (azertag.az)