“AzəriLayt” markalı neft 2 dollara yaxın bahalaşıb
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,83 dollar bahalaşaraq 65,26 dollar təşkil edib.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsi bildirib.
Dünya birjalarında isə neftin qiyməti yenidən bahalaşıb. Belə ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 2 dollar bahalaşaraq 60,14 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 2,19 dollar artaraq 64,88 dollar olub.