Bakı klubundan 4-cü transfer

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail” yay fasiləsində növbəti transferini reallaşdırıb.

Yenicag.az xəbər verir ki, paytaxt təmsilçisinin sıralarına cəlb etdiyi 4-cü yeni futbolçu Orxan Əliyevdir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Əliyev son klubu “Zirə”dən ayrıldıqdan sonra sərbəst futbolçu idi.

“Səbail” daha öncə “Qarabağ”dan ayrılan yarımmüdafiəçilər Rahid Əmirquliyevlə Ağabala Ramazanovu və “Kəpəz”in kapitanı olan sol cinah müdafiəçisi Şəhriyar Rəhimovu transfer etmişdi.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600