“Bakı Metropoliteni” QSC-nin “28 May” stansiyasında insident olub.
Yenicag.az xəbər verir ki, 2 yaş 4 aylıq uşağın qolu qatarın qapısı ilə divarı arasında qalıb.
Hadisə “Dərnəgül”-“Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda qeydə alınıb. Qatarda olan sərnişinlər güc tətbiq edərək qapını geriyə çəkiblər və uşağın qolu çıxarılıb. Zərərçəkmiş təcili olaraq stansiya rəhbərliyinə təhvil verilib. Uşağı müayinə etmək üçün təcili tibbi yardım çağırılıb./Report/
www.yenicag.az