Bakı-Şamaxı-Yevlax yolu bağlandı - FOTO
Güclü küləklə müşayiət olunan leysan xarakterli yağışlar Göyçayda bir sıra fəsadlar törədib. Qasırğa rayon mərkəzində yaşayış binasının və bir neçə fərdi evin, yardımçı tikilinin dam örtüyünü atıb. Ağaclar aşıb, elektrik naqilləri qırılıb. Rayonda əhaliyə elektrik verilişi dayandırılıb.
Güclü külək nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçaydan keçən hissəsində irigövdəli ağac qırılaraq yolun hərəkət hissəsinə düşüb. Nəticədə yolun əsas hissəsi avtomobillər üçün keçilməz olub.
Hazırda yağmurlu hava davam edir.




