Bakıda ağır qəza: Avtomobillə qadını öldürdü

media-hightechnic-468x90

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə gecə saatlarında Mərdəkan-Bakı şosesində baş verib.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Vəliyev Emil Vəli oğlu etibarnamə ilə idarə etdiyi “VAZ-2106” markalı 02-BB-046 dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı şosesi, Qala qəsəbəsi ərazisində hərəkətdə olarkən yolu keçən piyada, Zərdab rayon sakini, 1973-cü il təvəllüdlü Qarayeva Nisə Vəli qızını vurub.

Qadın hər iki qolun və hər iki ayağın sınığı xəsarəti alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. N.Qarayeva aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa