Bakıda itkin düşmüş gənc tapıldı

media-hightechnic-468x90

Bakıda itkin düşmüş gənc tapılıb.

Yenicag.az-ın xəbərinə görə, hadisə noyabrın 4-də paytaxtın Yasamal rayonu A.M.Şərifzadə küçəsində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü A.Qəhrəmanova saat 19 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra gənc qızın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində noyabrın 5-də A.Qəhrəmanovanın yaşadığı ünvana qayıtması təmin edilib.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa