Bakıda məhkumun üzərində “heroin” tapılıb

media-hightechnic-468x90

nnnnnnnnnhjBakıda 2 saylı cəzaçəkmə müəssisəsində narkotik vasitə aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Gündüz Çingiz oğlu Abışovun üzərinə baxış keçirilib. Baxış zamanı əlinin içində gizlədilmiş, siqaret kağızına bükülmüş, xalis çəkisi 0,205 qram olan narkotik vasitə “heroin” aşkar edilərək götürülüb.

Qeyd edək ki, Gündüz Abışov Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600