Bakıda özəl klinika bağlandı

media-hightechnic-468x90

LLLLLLLLPaytaxtın Əhmədli qəsəbəsində (“Bakı” kinoteatrının yanı) fəaliyyət göstərən “Turan” Klinikasının fəaliyyəti dayandırılıb. Ötən gün hadisə zamanı ərazidə olan əməkdaşımızın verdiyi məlumata görə, axşam saatlarında xeyli sayda polis klinikaya gələrək həkim heyətini xəstəxanadan çıxarıb. Klinikanın nə səbəbdən bağlanması işçilərə izah edilməyib. Heç bir izahat olmadan klinikanın qapısı qıfıllanıb.

Səhiyyə Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən özəl “Turan” Klinikasının bağlanması xəbərinə müəssisənin özündə təmirlə əlaqələndiriblər. Adının çəkilməsini istəməyən əməkdaş Modern.az-a bildirib ki, tibb müəssisəsi fəaliyyətini müvəqqəti dayandırıb.
“Növbəti həftədən işə başlayacaq”.

Klinikanın fəaliyyətinin niyə məhz polislər tərəfindən dayandırılmasına gəlincə isə o, qəribə tərzdə cavab verib: “Polislə heç bir problemimiz yoxdur, sadəcə polislərə ehtiyac yarandığından klinikaya gəliblər”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa