Bakıda polis qəza törətdi

media-hightechnic-468x90

89003345Bakıda polisin də iştirakı ilə yol qəzası baş verib.

Hadisə paytaxtda bir neçə gün öncə baş verib.

Nobel prospektində Post Patrul Xidməti Bölməsinin serjantı 1989-cu il təvəllüdlü Rəşad Məmmədov idarə etdiyi Fiat-Doblo markalı avtomobillə Masallı sakini 1990-cı il təvəllüdlü Elşən Ağayev idarə etdiyi Kia Cerato markalı avtomobili arxadan vurub.

İlkin məlumata görə, qəzaya səbəb E.Ağayevin manevr qaydasını pozması olub. Nəticədə E.Ağayevin maşını həmin vaxt səkidə dayanan Astara rayon sakini 1983-cü il təvəllüdlü Cəmil Qədimovu vurub.

C.Qədimov xəstəxanaya yerləşdirilib, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600