Bakının Səbail rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, Salyan şossesində yolu keçmək istəyən təxminən 35-40 yaşlı qadını avtomobil vurub.
O, hadisə yerində ölüb. Zərbədən sonra qadın tanınmaz hala düşüb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürücünü məsuliyyətə cəlb edib.
www.yenicag.az