Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda qəhvə və çay festivalı keçirilir - FOTOLAR

Bu gündən etibarən 3 gün ərzində Bakıda ilk dəfə “Bakı Qəhvə və Çay Festivalı” (“Baku Coffee & Tea Festival”) keçiriləcək.

Yenicag.az xəbər verir ki, festivalda dünyanın və ölkəmizin qəhvə və çay markaları sərgilənir.

Festivala dəstək verənlərdən biri də Türkiyənin Azərbaycandakı səfirliyidir. Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri, şair-yazar İrfan Çiftçi festivalla bağlı fikirlərini Yenicag.az-la bölüşüb.

İrfan Çiftçi bildirib ki, türk qəhvəsini tanıtmaq üçün sərgidə stend qurulub:

“Qəhvəni bir içki olaraq 500-550 il öncə dünyaya türklər gətirib. Osmanlı paşaları indiki Efiopiyadan gətirdilər. Qəhvə modern zamanların ən önəmli hadisəsidir. Qəhvə insanları bir araya gətirən ən önəmli faktorlardan biridir. Qəhvə artıq insanları bir araya toplamağa başladı. 500 illik tarixində qəhvə türk toplumunun sosial həyatının ən önəmli ünsüründən biri halına gəlib. Dünyanın son 500 ilini də bəlkə də qəhvə üzərindən oxumaq lazımdır. Azərbaycan turizmi yeni inkişaf etməyə başlayıb”.

Azərbaycanda qəhvə mədəniyyətinin yeni inkişaf etdiyini deyən İrfan Çiftçi bidirib ki, buna səbəb Azərbaycanın Osmanlı coğrafiyasında az qalmasıdır:

“Azərbaycanın çay mədəniyyəti çox inkişaf edib. Azərbaycan çay mədəniyyətini önə çıxarmaqla turizmini inkişaf etmirmək istəyir. Biz də buna dəstək veririk. Biz türk qəhvəsi ilə bağlı Azərbaycanda müxtəlif tədbirlər keçirəcəyik. Türk qəhvəsinin tanıtımı, o mədəniyyətin tanınması üçün fərqli tədbirlərimiz olacaq”.

Qəhvə və çay festivalına insanların marağının çox olduğunu müşahidə edirik. Xüsusən də, gənclərin qəhvələrlə maraqlandıqlarını görürük.

Lalə Həsənova adlı gənc bildirir ki, qəhvəsiz gününü təsəvvür etmir:

“Hər günümü qəhvə ilə açıram. Festivalın keçirilməsini eşidəndə çox sevindim. Azərbaycanda olan qəhvələrlə yanaşı, digər çeşidləri də burada gördüm. Çox maraqlı və gözəl dadlar var. Belə bir festivalın keçirilməsinə çox sevindim”.

Mələk Əliyeva isə qəhvə bişirməyin bir sənət olduğunu deyir:

“Qəhvə bişirmək özü bir sənətdir. Ən sevdiyim işlərdən biri qəhvə bişirməkdir. Qəhvə bişirərkən yorğunluğum çıxır. Çox istərdim ki, ölkəmizdə də qəhvəxanaların sayı çoxalsın. Xaricdə, Türkiyə və Gürcüstanda qəhvəxanalar çoxdur və istədiyiniz çeşidi görə bilərsiniz. Azərbaycanda isə çeşid problemi var”.

Qeyd edək ki, üçgünlük festivalda şəhərin bütün çay və qəhvə professionalları da bir araya gələcək. Festivalın əsas məqsədi çay və qəhvə sənayesini inkişaf etdirmək və təcrübə mübadiləsi aparmaqdır.

Səxavət Məmməd

www.yenicag.az

2307
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM