Bakıda sərnişin avtobusu qəzaya uğradı: YARALANANLAR VAR

media-hightechnic-468x90

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə ötən gün səhər saatlarında Xətai rayonunda qeydə alınıb.

Əhmədli qəsəbəsi ərazisində 57 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusu minik avtomobilinə çırpılıb. Nəticədə avtobusda olan sərnişinlər – 48 yaşlı Novruzova Şəlalə Xosu qızı və 57 yaşlı Nəzərov Şakir İzzət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600