Bakıda televiziya qülləsindən tullandılar

media-hightechnic-468x90

152544_res_01“Red Bull Skydive” komandasının üzvləri Marko Valtenşpil və Corc Letner Bakı televiziya qülləsindən paraşütlə atlayış ediblər.

Bakı sakinlərinə “Şəhər üzərində uçan skaydayverlər” kimi tanış olan həmin şəxslər paraşütlə atlayışı Milli Mətbuat Günü şərəfinə ediblər.

Bildirək ki, külək olmasına baxmayaraq, idmançılar atlayışı edib, həyəcanla dolu anlar yaşadaraq gözəl şəhər mənzərəsini göstəriblər.

Xatırladaq ki, Bakı televiziya qülləsi 1996-ci ildə inşa edilib və 310 metr hündürlüyundədir. Bu, Azərbaycan ərazisində və Qafqazın ən hündür dəmir-beton tikintisi sayılır.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600