!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıdakı ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Yenicag.az-a açıqlamasında belə deyib:

“Hadisənin hansı səbəbdən baş verməsi hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Səbəblər məlum olandan sonra qəza törədən sürücü ilə bağlı müvafiq qərar veriləcək”.

Qeyd edək ki, Report-un xəbərinə görə, hadisə ötən gün səhər saatlarında Xətai rayonunda qeydə alınıb.

Əhmədli qəsəbəsi ərazisində 57 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusu minik avtomobilinə çırpılıb. Nəticədə, avtobusda olan sərnişinlər – 48 yaşlı Şəlalə Xosu qızı Novruzova və 57 yaşlı Şakir İzzət oğlu Nəzərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Cəvahir

COP29

www.yenicag.az

2986
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv