Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təşkilatçılığı ilə bu gün ilk dəfə olaraq Bakı-Füzuli-Bakı istiqamətində müntəzəm avtobus reysi həyata keçirilib.
Yenicag.az xəbər verir ki, reyslər həftədə 1 dəfə olmaqla şənbə günləri həyata keçiriləcək.
Növbəti mərhələlərdə reyslərin sayı artırıla bilər. Sərnişinlər biletləri yolumuzqarabaga.az portalı vasitəsilə əldə edə bilərlər.
Bakıdan Füzuliyə avtobus biletinin qiyməti (gediş-gəliş) 18 manat 40 qəpikdir.
Qeyd edək ki, biletlər yalnız iki tərəf üçün alına bilər. Bakıdan Füzuliyə 5 saat, geri qayıdış da 5 saat, Füzulidə isə 3 saat ziyarət üçün ayrılıb. Ümumilikdə ziyarət 13 saat təşkil edir. Füzulidə tarixi abidələr ziyarət olunacaq.
www.yenicag.az