Xəbər verdiyimiz kimi Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada qaz sızması nəticəsində qəza olub.
Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, partlayış nəticəsində zirzəmidə işləyən bir nəfər şəxs ciddi xəsarət alıb və dərhal 5 nömrəli Şəhər Klinik Xəstəxananın Yanıq şöbəsinə yerləşdirilib.
O, 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudovdur.
***
Hadisə yerinə gəlmiş “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, o bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Onun sözlərinə görə, MTK-nın qaz xəttinə toxunma olub: “Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və aydın hiss olunur ki, MTK-ya gedən qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.
“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.
R.Əliyev hadisə nəticəsində ölənlərin olmadığını, bir nəfərin xəsarət aldığını bildirib.
***
9:51
Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada qaz sızması nəticəsində qəza olub.
Yenicag.az xəbər verir ki, qəza səhər saatlarında baş verib. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları var.
Ərazidə nəzarət apara polisin sözlərinə görə, qaz sızması nəticəsində 2 nəfər xəsarət alıb.
www.yenicag.az