Baltik dənizində yaşayan tənha delfinin öz-özünə danışmağa başladığı ehtimal olunur.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Delle adlı delfin Danimarkada öz növündən uzaqda zamanını keçirir.
Digər delfinlərdən fərqli olaraq, Dellenin sürüdən ayrı yaşaması elm insanlarını təəccübləndirmişdi.
Delfin barədə araşdırma aparan tədqiqatçılar sualtı səs cihazları istifadə ediblər. Təəccüblü şəkildə delfinin bir sıra səslər çıxardığı aydınlaşdırılıb. Maraqlısı isə bu olub ki, delfinin çıxardığı səslərin hədəfə yönəlik səslər deyil. Yəni onun çıxardığı səsələr digər delfinlərə çatmır.
Bu da Dellenin tənhalıqdan öz-özünə danışmağa başladığı versiyasının ortaya atılmasına səbəb olub.
www.yenicag.az