Baş ağrısını aradan götürən qidalar

media-hightechnic-468x90

15279Baş ağrılarından əziyyət çəkən və həmişə dərman istifadə etmək istəməyənlər bu qidalardan faydalana bilər.

media-banner_tkm

Ağrıkəsici və dərmanların təsirsiz qaldığı vaxtlarda yeyiləcək bəzi qidaların baş ağrısını aradan qaldırmağa təsirli olduğunu deyən qida mütəxəssisləri baş ağrılarına faydalı qidaları açıqlayb.

Kartof: Sobada bişirilən kartoflar bədəndəki maye nisbətini tənzimləyir.

Qarpız: Bədəndəki maye itkisi baş ağrılarının əsas səbəblərindən biridir. Buna görə başda qarpız olmaqla bir çox sulu meyvələr yeyə bilərsiz.

Qəhvə: Çoxlu spirtli içki içmə sonrasında damarlar genişlənə bilər və baş ağrısı artar. Qəhvənin içindəki kafein damarları daraldaraq baş ağrısını kəsər.

Çörək: Karbohidrat çatışmazlığı baş ağrısına səbəb olur. Tam taxıllı çörək bədəndəki su itkisinin qarşısını alaraq baş ağrısını yox edir.

Badam: Badam içindəki maqnezium sayəsində damarları rahatladır. Miqren və baş ağrısının qarşısını alır.

Qatıq: Kalsium qaynağı olan qatıq baş ağrısına bir başa çarədir.

Ədviyyatlı yeməklər: Qırmızı bibər və oxşar ədviyyatlı souslar baş ağrısının təsirini digər qidalara görə daha tez azaldır. Sinusit problemi olanlar ədviyyatlı yeməklər yesə, tənəffüs yolları açılar.

Küncüt: E vitamini sayəsində qadınlarda xüsusi günlərdə yaranan baş ağrısının qarşısını almaq mümkündür.

İspanaq: Təziyiqi aşağı salan ispanaq baş ağrısına faydalıdır. Daha təsirli olması üçün yarpaqlarından salat hazırlayıb yeyə bilərsiz.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05