!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayram günlərində hansı xəstəliklər artır? - Şəkər, təzyiq..

!Reklam – Yazi

Bayram günlərində hər il olduğu kimi təcili yardıma gələn müraciətlərin sayı artır. İndi pandemiya dövründə həm xəstələrdən test götürən təcili yardım həkimləri, həm də bayrama görə ağırlaşan xroniki xəstələrə yardıma tələsir.

Statistika göstərir ki, bayram günlərində və səhəri təzyiq yüksəlməsi, şəkərin koma dərəcəsinə kimi artması, mədəaltı və mədə ağrıları, kəskin ürək tutmaları çoxalır.

Kardioloqların dediyinə görə, hər il bayramlardan sonra ürək əməliyyatı və stend əməliyyatlarının sayında kəskin yüksəlmə olur. Eləcə də yüksək təzyiqdən baş verən insultlar -beyin qanamaları da məhz əsas bayramlardan sonra artan dinamika üzrə gedir.

Yenicag.az Medicina.az-a istinadla xəbər verir ki, bayram günlərində poliklinika, dövlət və özəl xəstəxanaları tam heyəti ilə işləmədiyinə görə, xəstələr çarəni təcili yardıma müraciətdə görür. Səhhətindəki qəfil dəyişiklikdən həyəcan keçirən xəstələr isə belə deyir: “Heç nədən təzyiqim qalxdı, şəkərim bu günlər yüksək idi, başım sıxılır, ürəyim döyünür, oynaqlarım ağrıdı”. Hər şey deyildiyi kimi heç də birdən və səbəbsiz olmur.

Bayram günlərində hipertoniya, ürək-damar, diabet, mədəaltı vəz və qaraciyər xəstəliyi, nevroloji problemlər, allergik reaksiyalar, mədə-bağırsaq problemləri daha çox qeydə alınır.

Novruz süfrəsinin kalorili, olduqca müxtəlif olması, şirniyyatla zənginliyi onsuz da əvvəldən qan damar, ürək, həzm sistemi problemli olan insanların halını bir az da dəyişdirir.

2-3 Novruz şirniyyatı, plov, dolma, axşama xonçadan çərəzlər atışdırmaq gizli qatil olan təzyiqi qəfil yüksəldir, şəkəri kritik həddə çatdırır.

Təəssüf ki, bizdə xroniki xəstəliyi olan yaşlı insanlar ailəyə xatir bayram süfrəsində sağlam insanlar qədər yeyib içir, nə özünün, nə ailəsinin könlünü qırmır, hətta dərman qəbulu belə yaddan çıxır.

Kəskin sancı, ağrı və spazmlar mədə-bağırsaq, qastrit, pankreatit, reflüks, öd daşı xəstəliyi olanlarda rast gəlinir.
Şirniyyat və qoz-fındıqdan allergik ödem və reaksiyalar rast gəlinir.

Uşaqlarda səpmələr, astma tutmaları, öskürək, diatez çoxalır.

Qanında xolesterin, lipid yüksək olan, ateroskleroz xəstələrində damar tıxanması səbəbindən ürək tutmaları ola bilər.
Astma bronxit tutmaları həm yaz fəslinə, həm bayram çərəzlərinə görə aktivləşir.

Qəbizlikdən əziyyət çəkənlərdə çərəzlər, qoğal, şəkərbura bu halı daha da dərinləşdirir və qarında küt sancılar, qanda toksinləşmə artır.

Bayram günlərində nəqliyyatın işləməməsi və tətil insanları hərəkətsiz edir və bu da bədəndə durğunluq yaradır.
Təzyiqi bir az yüksək olanlarda bayram günləri bir qədər də yüksəlir.

Əl altında dərmanı olmayanlarda yüksəlmiş təzyiq bütün orqanizmi sıradan çıxara bilər.

İstənilən ağırlaşma və kəskinləşnədən sonra təcili yardım və dərman müdaxiləsindən sonra xəstə dərhal ciddi pəhrizə keçməli, bütün şirniyyat və çərəzləri menyudan çıxarmalı, təmiz su qəbulunu artırmalı, mədə-bağırsaq problemi və qəbizlikdə qara kömür ilə 1-2 günlük təmizləmə aparmalı, axşamlar qatıq, kefir yeməlidir.

Ürək-damar, qan-damar, təzyiq problemi olanlar hər gün 3000 addım asta sürətlə piyada gəzməlidirlər.

Bayramdan sonra xəstəliyə uyğun bütün müayinələrdən keçməli, analizlər verməlidirlər.

COP29

www.yenicag.az

632
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv