Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi 17 noyabr Beynəlxalq Tələbə Günü ilə bağlı «Enerjini paylaş” adlı əyləncəli yığıncaq təşkil edib.
Yenicag.az xəbər verir ki, tədbirdə Bakı Dövlət Universitetinin 16 fakultəsinin 300-dən çox tələbəsi iştirak edib.
Tədbiri giriş sözü ilə açan BDU THİK-in sədri Nihad Allahyarlı hər kəsi beynəlxalq tələbə günü münasibəti ilə təbrik edib, tələbə həmkarlar təşkilatının fəaliyyəti, layihələri haqqında məlumat verərək, tələbələri fəal olmağa çağırıb. “Üç rəngin kölgəsində!” adlı Bayraq Günü ilə bağlı baş tutan fleşmobun könüllülərinə xüsusi təşəkkür edib. Daha sonra BDU THİK-in sədr müavini Manaf Talıbov və sosial məsələlər üzrə menecer Nurel Kərim tədbir haqqında fikirlərini bildirərək, tədbir iştirakçılarını təbrik ediblər.
Tədbirin gedişində THİK-in nəznində fəaliyyət göstərən “Shades of Music” musiqi klubunun canlı ifasında mahnılar ifa edilib, daha sonra tədbir Dj-in fərqli musiqiləri ilə davam edib. Tədbirin yekununda Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin vahid üzvlük kartlarının paylanmasına start verildiyi elan edilib. İlk üzvlük kartları BDU-nun fakultə THİ sədrlərinə tanınmış qonaqların iştirakı ilə təntənəli şəkildə təqdim olunub.
www.yenicag.az