Rusiya Baş Qərargahı Belqorod vilayətində digər hüquq-mühafizə orqanları ilə birgə komandanlıq və idarəetmə sisteminin səmərəliliyinin artırılması da daxil olmaqla, fəaliyyət planı hazırlayıb.
Yenicag.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Andrey Belousov deyib.
“Əlavə tədbirlərlə bağlı Baş Qərargah tərəfindən hazırlanmış konkret tədbirlər planının dinlənilməsi planlaşdırılır. Söhbət ilk növbədə digər hüquq-mühafizə orqanları və Belqorod vilayətinin administrasiyası ilə qarşılıqlı əlaqədə hərbi komandanlıq və idarəetmə sisteminin səmərəliliyinin artırılmasından, məsul vəzifəli şəxslərin müəyyən edilməsindən, habelə əsas vəzifələri yerinə yetirmək üçün göndərilən əlavə qüvvə və resursların ayrılmasından gedir”, – Belousov bildirib.
www.yenicag.az