Bərdə sakini zəhərlənmədən ölüb.
Yenicag.az xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndindəki fermalardan birində baş verib.
Rayonun Əyricə kəndində qeydiyyatda olmaqla Kərimbəyli kəndindəki fermada yaşayan, 1989-cu il təvəllüdlü Bağırov Şamxal Telman oğlu işlədiyi fermada xırdabuynuzlu heyvanları kimyəvi məhlulla yuyarkən “Neastol” məhlulundan zəhərlənib. Ş.Bağırov yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, o, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az