İtaliyanın sabiq prezidenti Silvio Berluskoni yaxın dostu Vladimir Putinə doğum günündə sürpriz edib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Berluskoninin hədiyyəsi ad günü mərasiminə qatılanların hədiyyəsindən olduqca fərqlənib. Belə ki, keçmiş prezident Putinə yorğan hədiyyə edib. Yorğanın üzərində iki liderin əl-ələ görüşdüyü şəkil təsvir olunub.
Yorğanı hazırlayan “Lenzuolissimi” firmasının sahibi Michele Cascavilla hədiyyənin şəklini “Instagram” sosial şəbəkəsində paylaşıb və bu sözləri yazıb:
“Təbriklər cənab prezident Vladimir Putin!!! Təşəkkürlər cənab Berluskoni!!!”
Qeyd edək ki, Rusiya prezidenti Putin 7 oktyabrda 65 yaşını qeyd edib.
www.yenicag.az