Biləsuvarda avtomobil aşıb – İran vətəndaşı yaralandı

media-hightechnic-468x90

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yolun kənarına aşırıb. Nəticədə turist kimi Azərbaycana gələn İran İslam Respublikasaının vətəndaşı, 1986-c il təvəllüdlü İsmayıl Abdi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa