BlackBerry Passport smartfonu satılır

media-hightechnic-468x90

297425BlackBerrynin direktoru Con Çen the Wall Street Journal nəşrinə müsahibəsində bildirib ki, onun şirkəti yaxın vaxtlarda kvadrat formalı BlackBerry Passport smartfonunun satışına başlayacaq.

media-banner_tuq

Ənənəvi olaraq, BlackBerry şirkəti smartfonun satışına ABŞ və Kanada bazarlarından başlayacaq. Operatorla müqaviləsiz smartfon 599 dollara satılacaq. Müqayisə üçün ABŞ-da iPhone 6 smartfonu 650 dollar təşkil edir.

Passport smartfonu sentyabrın sonunda eyni zamanda Toronto, London və Dubayda nümayiş etdiriləcək.

Passport – bu, cari ildə Blackberry istifadəçiləri üçün nümayiş etdirilmiş ikinci qurğudur. Aparat 4,5 düym diaqonallı qeyri-adi kvadrat ekranla təchiz edilib. Smartfon BlackBerry OS 10.3 əməliyyat sistemi ilə işləyəcək. Akkumulyatorun tutumu 3450 milliamper/saatdır ki, bu da aparata 36 saat ərzində işləməyə imkan verir.

Smartfonun biznes istifadəçilər üçün nəzərdə tutulduğundan Passport qurğusunun alıcıları aparatda öncədən quraşdırılmış oyun, əyləncə proqram təminatı görməyəcəklər. (milli.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05