Bolqarıstan Azərbaycandan qaz alacaq

media-hightechnic-468x90

qazxetisamir17Bolqarısan qaz-nəqliyyat sistemləri arasında birləşdirici boru kəmərinin tikintisi haqqında Rumıniya və Yunanıstan ilə saziş imzalayıb.

Yenicag.az azadinform-a istinadən  xəbər verir ki, bu barədə Bolqarıstan energetika nazirinin müavini Jeço Stankov məlumat verib. Onun sözlərinə görə, Bolqarıstan bu boru kəməri vasitəsilə Azərbaycandan və Yunanıstanın maye qaz terminallarından qaz ala biləcək: “Nəhayət, biz yeni qaz mənbəyi əldə edirik. İndiyə qədər biz bir mənbədən – Rusiyadan tam asılı olmuşuq. Şaquli qaz kəməri kimi tanınan birləşdirici boru kəmərinin inşası təqribən 220 milyon avroya başa gələcək. Tikinti işlərinə 2016-cı ilin martında başlanacaq. Boru kəmərini 2018-ci ildə işə salmaq planlaşdırılır.
Azərbaycan və Bolqarıstan arasında 1 milyard kubmetr Azərbaycan qazı göndərilməsi üçün müqavilə mövcuddur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600