Bu ağac növü ildırımı “sevir”

media-hightechnic-468x90

İldırım vurmasının bütün canlılara mənfi təsir etdiyi reallıqdır.

Yenicag.az xəbər verir ki, alimlər Panamada “Dipteryx oleifera” ağac növünün ildırımları “sevdiyini” üzə çıxarıblar.

Belə ki, “New Phytologist” jurnalında yayımlanmış araşdırmaya görə, ildırım sözügedən ağac növünə zərər vermir, əksinə, faydalıdır.

Araşdırmaçılar 6 il boyunca müşahidə aparıblar və 93 ağaca 94 ildırım düşdüyünü təsbit ediblər. Maraqlısı isə budur ki, həmin ağacların 56 faizi məhv olub, ancaq onlardan heç biri “Dipteryx oleifera” olmayıb.

İldırımlar həmin ağacların çoxalmasına kömək edir.

Alimlər bu ağacların ildırımları çəkə bilmə qabiliyyətinə sahib olduğunu düşünürlər.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600