!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il 56,7 min şəxsə əlillik təyin edilib, reabilitasiya müəssisələrində 48650 şəxsə xidmət göstərildi

!Reklam – Yazi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2022-ci ildə görülən işlərə dair mətbuat konfransı keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsinin elektron infrastruktur üzərindən, səhiyyə müəssisələrinin e-sistemə daxil etdiyi göndərişlər əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirildiyini bildirib. 2022-ci ildə 56,7 min şəxsə əlillik təyin olunduğunu diqqətə çatdırıb.

A.Bayramov qeyd edib ki, cari il iyulun 1-dən ölkəmizdə mütərəqqi dünya təcrübəsinə uyğun islahat tədbiri olaraq əlilliyin yeni meyarlar, yəni orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndirilməsi həyata keçirilir. Yeni meyarların tətbiqindən sonra 14063 şəxsə orqanizmin funksiyalarının pozulması faizinə əsasən əlillik təyin edilib.

Həmçinin cari ildə Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 48650 şəxsə tibbi və sosial-psixoloji reabilitasiya xidməti göstərilib ki, bu da ötən ilə nisbətən 6 dəfə çoxdur. Həmçinin bu il əlilliyi olan 26,6 mindən çox şəxsin 57,8 min reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib.

Son 4 ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, bir uşaq reabilitasiya müəssisəsi – Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Aparılan bütün bu işlər reabilitasiya mərkəzlərinin potensialının dəfələrlə artmasına imkan verib.

Agentlik sədri postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatından da bəhs edib.

Bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Agentliyin reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan 2650 şəxsə reabilitasiya xidmətləri göstərilib, bu kateqoriyadan olan 1766 şəxs 30 min reabilitasiya vasitəsi, 379 şəxs 394 yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub.

A.Bayramov jurnalistlərin suallarını cavablandırıb.

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv