Bu il dəm qazından zəhərlənənlərin sayı AÇIQLANDI

media-hightechnic-468x90

Bu ilin yanvar-fevral ayları ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 19 nəfər qəbul edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib.

“Həkimlərin səylərinə baxmayaraq onlardan 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb”,- deyə o əlavə edib.

Ruzbeh Məmməd qeyd edib ki, 2024-cü il ərzində isə dəm qazından zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 83 nəfər qəbul edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600