“İstəyimiz ondan ibarətdir ki, beynəlxalq ictimaiyyətin nəinki sonuncu deportasiya zamanı, son 200 ildə Cənubi Qafqazda Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı da ermənilərin törətmiş olduğu haqsızlıqlar barədə kifayət qədər məlumatlı olsunlar”.
Bu sözləri Bakıda keçirilən “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfrans çərçivəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov jurnalistlərə açıqlamasında bildirib
O qeyd edib ki, ötən il birinci beynəlxalq konfransda 28 ölkədən 44 nümayəndə iştirak edirdi:
“Bu il 51 ölkədən 102 nümayəndə iştirak edir. Demək olar ki, bu il iştirakçıların sayı həm ölkələr, həm nümayəndələr üzrə iki dəfə artıb”.
Məsimə Məmmədova
www.yenicag.az