!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu seçki məntəqələrinin nəticələri ləğv edildi - YENİLƏNDİ

!Reklam – Yazi

Sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin üç seçki məntəqəsində qanun pozuntusu qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK-nın Ekspert qrupunun üzvü Tofiq Həsənovun təqdimatına əsasən, həmin dairədən qeydə alınmış deputatlığa namizəd İlqar Məmmədov bu şikayətlərlə MSK-ya müraciət edib:

Beləliklə, dairənin 2, 14 və 20 saylı məntəqələr istisna olmaqla digər məntəqələrdə pozuntular aşkarlanmayıb. Adıçəkilən 3 məntəqənin nəticələri etibarsız hesab edilib.

Qeyd edək ki, 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin lider namizədi 8 min 180 səslə (58 faiz) Mollazadə Asim Nazim oğludur.

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 78 saylı Lənkəran Kənd Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.

Yenicag.az-ın məlumatına görə, iclasda qeyd edilib ki, araşdırma zamanı 28 və 32 saylı seçki məntəqələrində səslərin hesablanması zamanı seçkilərin nəticələrinə təsir edəcək pozuntular aşkarlanıb və səs vermənin nəticələri ləğv edilməlidir.

Təklif səsə qoyularaq təsdiq edilib.

COP29

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv