Bu sosial şəbəkənin rəhbəri istefa verir - Yeni sədrin adı açıqlandı

media-hightechnic-468x90

“LinkedIn” şirkətinin baş direktoru və işgüzar ünsiyyət üçün eyniadlı sosial şəbəkənin sahibi Ceffri Uiner 1 iyun 2020-ci il tarixindən istefa verəcəyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə onun “LinkedIn” sosial şəbəkəsindəki səhifəsində deyilir.

Məlumatda bildirilib ki, C.Uiner icraçı sədr kimi fəaliyyət göstərəcək, Rayan Roslanski isə yeni rəhbər təyin olunacaq

Qeyd edək ki, “LinkedIn” sosial şəbəkəsi 2003-cü ildə Kaliforniyada yaradılıb. Platforma biznes əlaqələri qurmağa imkan verir. 2016-cı ildə şirkət ABŞ-ın “Microsoft” korporasiyası tərəfindən satın alınıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa