“Burada dini cərəyanların qızışdırma amilləri var”

media-hightechnic-468x90

1734_ab8i1sywxr“Elə məhsullar var ki, ölkədə istehsal olunmadığı üçün xaricdən gəlir. Bu məhsullara nəzarət olmalıdır, çünki kodu dəyişdirilir”.

Yenicag.az xəbər verir ki, bunu YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, burada məsələlər qaldırıldı ki, aqressiya artır və s: “Ancaq burada informasiya da rol oynayır. Televiziyalar da başda kriminal xəbərlər gedir, insan insanı necə qətlə yetirməsini göstərirlər. Eləcə də saytlarda, internetdə insanın özünü necə asmalı olduğunu göstərirlər. Məncə, sosial reklamlar olmalıdır. Törədilən cinayəti xüsusi anonsla vermək lazım deyil. İnsan nə qədər ağır informasiya qəbul edirsə, bir o qədər də aqressivləşir. Əlbəttə, burada dini cərəyanların qızışdırma amilləri və s. var. Ancaq Azərbaycan tarixən tolerantlıq olub və bundan sonra da olacaq. Azərbaycanda milli ayrı-seçkilik heç vaxt olmayıb və həmişə bir qardaş kimi yaşamışıq. Odur ki, Əlikram Hümbətov kimi şəxslərin nə deməsindən asılı olmayaraq bu birliyimizi və monolitliyimizi davam etdirməliyik”.

MM-in komitə sədri Eldar İbrahimov isə deyib ki, genin dəyişdirilməsi səbəbindən məhsuldarlıq çox olur və həm də uzun müddət qalır: “Əlbəttə, bu lazımdır. Çünki Afrikada milyonlarla insan acından ölür və ora lazımdır. Ancaq Azərbaycana lazım deyil. İndi bu məhsulları gətirənlərə 3-5 min manat, ikinci variantda 4-6 min manat cərimə və 3 il müddətinə qədər azadlıqdan mərhum etməyə qədər cəzalandırılır. Cərimələrin miqdarı 9 min manata qədərdir. Mən də hesab edirəm ki, kodu dəyişdirilən məhsullar cəmiyyətdə aqressiya və müxtəlif xəstəliklər yaradır. Biz bir müddət əvvəl Norveçə getmişdik, soruşduq ki, niyə gənclər özlərini dənizə atırlar. Bizdə də, görürsünüz ki, insan-insanı öldürür, kişi arvadını qətlə yetirir. Əlbəttə, burada kodu dəyişdirilən məhsulların təsiri ola bilər. Bilmək lazımdır ki, bütün məhsullar eyni ölçüdə və formada ola bilməz. Heç insanlar eyni deyil, biri uzun, bir qısadır. Əlacımız qalıb özümüzə. Çalışmalıyıq ki, Quba alması, Xaçmaz pomidoru və başqa təbii məhsullar yeyib özümüzü öldürməyək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600