“İşəgötürənlərin cəmi 5 faizi 5 nəfərdən çox əməkdaşı olan şirkətlərdir”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Baku International CEO Summit” tədbirində çıxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.
Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən şirkətlərin hər birinin rəqəmsal həllərdən istifadə etməsi arzuolunandır:
“Mövcud vəziyyətdə ölkəmizdə 100 minə yaxın işəgötürən var. Bu işəgötürənlərdən təxminən 50-55 faizi fiziki şəxslər, 45-50 faizi isə hüquqi şəxslərdir. İşəgötürənlərin cəmi 5 faizi 5 nəfərdən çox əməkdaşı olan şirkətlərdir. Bu gün bir neçə şirkət öz fəaliyyətində rəqəmsal həllərdən istifadə edir. Lakin istəyirik ki, bütün şirkətlər rəqəmsal həllərdən istifadə etsinlər”.
Qeyd edək ki, CEO-ların Zirvə toplantısının media tərəfdaşı “Yeni Çağ” Media Qrupudur.
Gülşən Şərif
www.yenicag.az