Cabbar Musayev kimi TOPA TUTDU? – “Bəxti onda gətirib ki...”
“Oxuya bilməyənlərin bəxti onda gətirib ki, dinləyicilərin 80-90 faizinin musiqi duyumu yoxdur”.
Yenicag.az xəbər verir ki, bu sözləri bəstəkar Cabbar Musayev “Gün ortası” verilişində deyib:
“Oxuya bilməyənlərin bəxti onda gətirib ki, dinləyicilərin 80-90 faizinin musiqi duyumu yoxdur. Təzə çıxalar arasında 3-4 nəfər oxuyan var və onlar da xalqa sübut etdilər ki, sizin musiqi duyumunuz çox zəifdir. Onlara müğənni də demək olmaz. İndi müğənni sözünü də çox ucuzlaşdırıblar. Oxuya bilənə də müğənni deyirlər, oxuya bilməyənə də… Onlara müğənni yox, sadəcə “oxuyan” demək lazımdı. Hətta “oxuyan” sözü də çoxdur onlara”.
Nehru