Canlı yayımda gərgin anlar – Mətanət “Bu şəhərdə”ni İFŞA ETDİ

media-hightechnic-468x90

 

“Bu günə qədər parodiya etdiyimiz sənət adamlarından heç biri bizdən inciməyib”.

Yenicag.az xəbər verir ki, bu fikirləri əməkdar artist, “Bu şəhərdə” komandasının üzvü Coşqun Rəhimov ATV-də yayımlanan “Həmin Zaur” verilişində səsləndirib.

Canlı yayımın qonaqlarından biri olan müğənni Mətanət İsgəndərli isə aktyorun bu sözlərinə gülərək cavab verib və  aktyorun yalanını ifşa edib:

“Coşqunla Rafael bir sənətçini parodiya etmişdilər, adını çəkməyəcəyəm. Həmin adam deyirdi ki, düz üç ay onların arxasınca gəzirdim, əllərindən zəncir çeynəyirdim. Deyirdi ki, onlar atlı oldu, mən qaçaq. Axırı nə oldu, onu da bilmədim”.

Verilişin digər qonağı, “Bu şəhərdə”nin digər üzvü Rafael İsgəndərov isə Mətanətin sözlərinə yumorla cavab verib:


“Bu şəhərdəydik, gəzsəydi, tapardı”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa