Canlı yayımda QARŞIDURMA: “Məni niyə hirsləndirirsən?”
“Konservatoriya bitirib, ikisəsli oxuya bilirsə, niyə ona diplom veriblər? Niyə gedib o adam xorda oxuyur?”
Yenicag.az xəbər verir ki, müğənni İntiqam Kərimovun “Elgizlə izlə” verilişində söylədiyi bu fikir canlı yayımda qarşıdurmaya səbəb olub.
Müğənni Nüşabə Ələsgərli onun bu fikrinə qarşı çıxaraq əsəbiləşib:
“Mən başa düşmürəm, Konservatoriyanı qurtaranların hamısı solist olmalıdır? Kütləvi səhnələri onda kim oynamalıdır? Sən məni sən niyə hirsləndirirsən?”
Onun bu sözlərinə İntiqam Kərimovun reaksiyası belə olub:
“Hirslən də…Mən deyirəm ki, istedad hər adama verilmir. İstedadı olan, özünə arxayın olan adam heç vaxt gedib xorda oxumaz. Mən ikinci kursdan tamaşalarda oxumuşam”.
Nüşabə Ələsgərli isə susmayıb:
“Yanlış söhbət edirsiniz. Özünə hörmət etməyin bu məsələyə dəxili yoxdur. Vokalist xorda da oxuya bilər, kütləvi səhnələrdə də oynaya bilər. Sadəcə şanslı və şanssız. İstedadlı və istedadsız ifaçılar var”.
Nehru