Cazibədar model podiumda körpəsinə süd verdi - FOTOLAR

media-hightechnic-468x90

Məşhur model Mara Martin iş başında olarkən beş aylıq körpəsinə süd verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, çimərlik geyimləri istehsal edən brendin moda nümayişində iştirak edən cazibədar model analığın işə mane olmadığını hamıya sübut edib. Belə ki, o, podyuma körpəsi ilə birlikdə çıxaraq ona süd verib. İzləyicilərin təəccüblə izlədiyi performans böyük səs-küyə səbəb olub. Qısa müddət ərzində sosial şəbəkələrdə paylaşılan görüntülər minlərlə “like” alıb. İstifadəçilər onun bu hərəkətini alqışlayıblar.

Qeyd edək ki, podyumda yüksək səs olduğuna görə beş aylıq körpənin qulaqlarına xüsusi qulaqcıqlar taxılıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600