Ceyhun Qalanın təklifi QARŞIDURMA YARATDI: Brilliant Dadaşovadan ona DƏSTƏK
Müğənni Ceyhun Qalanın efirdə səsləndirdiyi “Musiqidə yenilik etmək lazımdır…” fikirləri sənət dünyasında müzakirələrə səbəb olub.
Yenicag.az xəbər verir ki, müğənni “Öz aramızda” verilişində tanınmış Xalq və Əməkdar artistlərə səslənib. O, yaradıcılığında yenilik etməyən sənətkarları tənqid atəşinə tutub:
“Baxırsan ki, Əməkdar artistdir, canlı ifa edir, amma oxuduğu mahnıya heç bir yenilik qatmır. Sənətçi ifasına yeni əhval-ruhiyyə, yaradıcılıq ruhu gətirməlidir. Eyni mahnını nə qədər olduğu kimi oxumaq olar? İfaçı ona öz nəfəsini verməlidir…”
İfaçının bu fikirləri sosial şəbəkələrdə böyük rezonans doğurub. İzləyicilər arasında onun təklifini bəyənənlərlə yanaşı, tənqid edənlər də tapılıb. Xalq artisti Brilliant Dadaşova isə həmkarını müdafiə edərək, onunla həmfikir olduğunu bildirib:
“Musiqini tutuquşu kimi təkrarlamağın heç bir mənası yoxdur. Afərin sənə, Ceyhun…”
Cəvahir













