!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ceyhun Qaracayev: “Bu gün dövlət qurumları tənqidə açıqdır”

!Reklam – Yazi

“Sevindirici haldır ki, bu gün dövlət qurumları tənqidə açıqdır”.

Yenicag.az xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunda “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün təşkil olunmuş dəyirmi masada iştirak edən Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev deyib.

Onun sözlərinə görə, 90-cı illərdən günümüzə qədər hüquq sistemində böyük inkişafımız olub.

“Nəzərə almaq lazımdır ki, əslində, inkişaf üçün tənqid mühüm amildir. Eyni zamanda, sevindirici haldır ki, bu gün dövlət qurumları tənqidə açıqdır. Nəticə olaraq tənqidlər dəyərləndirilir və daha mükəmməl işin ortaya qoyulması üçün addımlar atılır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv