Yenicag.az xəbər verir ki, “Google” mühəndisləri heç gözlənilmədən “Windows”, “Mac” və “Linux” üçün “Chrome” brauzerinin “Chrome” 78.0.3904.87 versiyasını təqim ediblər. Həmin versiya ilə tərtibatçılar brauzerdə hackerlər tərəfindən aktiv şəkildə kiberhücumlara məruz qalmış 0-day boşluğunu aradan qadırıblar. Sözügedən boşluq CVE-2019-13720 identifikatorunu əldə edib və brauzerin audiokomponentində use-aster-free bug kimi çıxış edib.
Brauzerdə olan bu boşluq “Kaspersky Lab.” mütəxəssisləri tərəfindən aşkar edilib. Mütəxəssislər qeyd ediblər ki, bu boşluqdan istifadə edərək hackerlər istifadəçilərin kompüterlərinə malware yükləyirlər. Bütün “Chrome” istifadəçilərinə isə tez zamanda brauzerin “Chrome” 78.0.3904.87 versiyasına kimi yeniləmələri məsləhət görülür.
www.yenicag.az