“Cin” kimi tanınan müğənninin BİZNESİ BAĞLANDI – SƏBƏB

media-hightechnic-468x90

Cin ləqəbi ilə tanınan müğənni Ceyhun Zeynalovun öz adına açdığı “Cinkafe”si bağlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə o, “Qonaqcanlı” verilişində açıqlama verib.

Müğənni kafeni bankrot səbəbindən bağlamadığını da deyib:

“Bankrot olmadım, bu, sadəcə bir eksperiment idi. İki il fəaliyyət göstərdik. Sona bağlamağa qərar verdik. Mənim oradan gəlirim yox idi. Sadəcə olaraq istəyirdim ki, Hövsanda da kofe məkan olsun. Çünki biz həmişə kofe içmək üçün şəhərə gedirdik. Sonra qərara gəldik ki, elə Hövsanda belə bir məkan açaq. Köməkçim görürdü işlərimi. Gördüm ki, nə isə işlər qaydasında getmir, nə isə o deyil. Məkan seçimi, kontingentin də fərqi var. Yer çox balaca idi”.

Sənətçi maddi durumu imkan vermədiyi üçün hələ ki, bizneslə məşğul olmadığını bildirib:

“İstədiyim vəsaitim yoxdur ki, istədiyim kimi bizneslə məşğul olum”.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600