Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Çin robot pişik istehsal edəcək - Bu funksiyaları var

Robot pişik sahibinin səsinə və toxunuşlarına reaksiya vermək qabiliyyətinə malikdir.

Yenicag.az xəbər verir ki, “Ekasbo” şirkəti “Matebot” adlı robot pişiyini təqdim edib. Robot pişik sahibi ona toxunduqda və onunla danışdıqda üz mimikasını və bədəninin vəziyyətini dəyişdirə bilir.

Robot pişiyin yaradıcılarının sözlərinə görə, qurğu bu və ya başqa səbəblərə görə pişik saxlaya bilməyən insanlar üçün nəzərdə tutulub. “Matebot” insan üçün yoldaş olacaq, sahibi isə onu öyrədə biləcək: robot əmrləri, səsi və səsin intonasiyasını yadda saxlamaq imkanına malikdir.

Bundan başqa, robot pişik cavab vermək qabiliyyətinə malikdir, “ağıllı” kolonka texnologiyası üzrə işləyir, bu pişiyi smartfona qurulmuş proqramın köməyi ilə idarə etmək və tənzimləmək olar./ICTnews/

Loading...

www.yenicag.az

700
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100