!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cinema Plaza” 20 min manat cərimə edildi

!Reklam – Yazi

Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam edir.

Səbail rayon prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, “Cinema Plaza” MMC tərəfindən əmək hüquqlarının pozulması faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Səbail rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci ( əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzər məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda Cəmiyyətin direktoru Nəsimi Tağıyev barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 4 min manat məbləğində inzibati cərimə edilib.

COP29

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv