!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Çukur" başladı: Kim öldü, kim qaldı?

!Reklam – Yazi

Türkiyənin reytinq rekordları qıran “Çukur” serialında yeni mövsümə start verilib.

Yenicag.az xəbər verir ki, “Show TV” kanalından təqdim olunan yeni mövsümün ilk bölümü maraqlı səhnələrlə yadda qaldı.

İzləyicilər artıq əvvəlki “Çukur”dan əsər-əlamətin qalmadığını görməklə yanaşı, Koçovalı məhəlləsinin “Qara quzular” tərəfindən ələ keçirildiyinə də şahidlik etdi.

Bundan başqa “Cumali”nin də üzə çıxması seriala olan marağı daha da artırdı. “Yamaç”ın sağ və sol qolu olan “Kemal” və “Metin”in də haldan düşdüyü diqqətdən qaçmadı. Ötən mövsümün son seriyasında intihar edən “Selim”in də sağ olduğu üzə çıxdı.

Qardaşı “Emrah” tərəfindən dəlixanalıq olan “Sena” da artıq əvvəlki sağlamlığına qovuşub. Baş qəhrəmanlardan olan “Vartolu” isə yenə əvvəlki işində – narkotik istehsalı ilə məşğuldur. Lakin o, bunu öz istəyi ilə yox, “Qara quzular”ın tələbiylə yerinə yetirir. Çünki  onun arvadı “Saadet” hamilə halda düşmənlərin əlindədir.

Yeni mövsümün ilk bölümündən anlaşılan odur ki, Koçovalı qardaşları “Çukur” uğrunda mübarizəni davam etdirəcək.

COP29

www.yenicag.az

12776
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv