Türkiyədə və Azərbaycanda böyük maraqla izlənilən “Çukur” serialının azarkeşləri öz sevgilərini müxtəlif üsullarla göstərir.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, “Vartolu” obrazı ilə xanımları özünə heyran edən Erkan Kolçak Köstendil əldə etdiyi şan-şöhrətdən narazıdır. Belə ki, aktyor nişanlı olmasına baxmayaraq, qadınlardan çoxsaylı sevgi mesajları alır. Hətta bəziləri daha da irəli gedərək ona əxlaqsız təkliflər də edirlər. Bu vəziyyətdən şikayətlənən Erkan Kolçak bildirib ki, onunla birlikdə şam yeməyinə dəvət edən xanımlar bunun üçün hər şeyə hazırdır. Üstəlik ona pul təklif edənlərin sayı heç də az deyil.
Öz narazılığını jurnalistlərə bildirən aktyor qeyd edib ki, bu qadınlar arasında tanınmış olanlar da var.
www.yenicag.az