Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Ucar rayonunda bir çox şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə dəstək məqsədilə “Həmrəylik” aksiyası keçirilməyə başlanılıb. Dəstək aksiyasının ilk mərhələsində 100-lərlə Ucar rayon sakininə ərzaq bağlamaları təqdim edilməkdədir, həmçinin vətəndaşların problemləri və onları narahat edən məsələlər öyrənilib.
Fürsətdən istifadə edərək, bu xoşməramlı təşəbbüsə qoşularaq dəstək verdiklərinə görə “İnvestAz” Şirkətlər Qrupuna, “Missiya” Media Qrupa və digər xoşniyyətli şəxslərə dərin təşəkkürlərimizi bildiririk.
Onuda qeyd edirik ki, millət vəkili Ramil Həsənin təşəbbüsü ilə əlamətdar günlərdə müxtəlif formalarda aksiyalar keçirilir, şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə mütamadi olaraq baş çəkilir, dəstək verilir, qaldırdıqları narahatlıqların həlli üçün qanuna müvafiq olaraq çalışılır.
Son olaraq bildiririk ki, “Həmrəylik” aksiyası 10 yanvara kimi davam edərək, 300-dən çox ailəni əhatə edəcəkdir.
www.yenicag.az